“Pitbull” ləqəbli oğru tutuldu

saytların hazırlanması

Evə çatdırılma

 “Pitbull” ləqəbli oğru tutuldu

Kriminal

06 İyun 2019 10:24 1276


Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini Pərviz İlyasov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15000 manat olan seyfı oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb. Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir. Toyuqlu pizza

Özünə “pitbull” ləqəbi götürən bu şəxsin digər cinayətlərdə iştirak etdiyi də istisna olunmur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!