Piyadaların hərəkətinə mane olan sürücülər: Polis tədbir görür

saytların hazırlanması

Evə çatdırılma

Piyadaların hərəkətinə mane olan sürücülər: Polis tədbir görür

Sosial

08 Oktyabr 2025 16:50 303


Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur.  Marqarita pizza

“Bir daha sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!