Piyadaların kabusuna çevrilən yol: Keşlə məscidinin qarşısındakı ərazidə PROBLEM

saytların hazırlanması

Evə çatdırılma

Piyadaların kabusuna çevrilən yol: Keşlə məscidinin qarşısındakı ərazidə PROBLEM

Sosial

02 İyun 2025 09:27 268


 

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Keşlə məscidinin qarşısındakı ərazidə mövcud olan problemə diqqət yetirilib. Sezar pizza

Bildirilib ki, sözügedən ərazi Heydər Əliyev və Babək prospektlərini birləşdirən əsas yollardan biridir:

"Mirzə Ələkbər Sabir küçəsində iki əks istiqamətdə hərəkət etmək çox çətindir. Xüsusilə də iriqabaritli avtobus və yük avtomobilləri bu yola daxil olduqda. Bu ərazidən keçid zamanı avtomobillər tez-tez bir-birinə toxunur ki, bu da maddi zərərlə nəticələnir. Ümumilikdə ərazidəki sıxlıq günün istənilən saatında davam edir".

Piyadaların vəziyyəti isə daha acınacaqlıdır, ərazidə səki demək olar ki, yoxdur:

"Yəni bura piyadaların təhlükəsizliyi nəzərə alınmadan salınmış küçələrdəndir. Hərəkətin intensivliyini nəzərə alaraq, ya bu yol birtərəfli olmalı, ya da genişləndirilməlidir"

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!