Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrliyində, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Mahmudov Taleh Sehrab oğlu yolu keçmək istəyərkən sürətlə hərəkət edən naməlum avtomobil onu vurub. T.Mahmudov aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. pizza
Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Hazırda hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır. /Report
Telegram kanalımız