Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub.
Yenisabah.az xəbər verir ki, hadisə Əhmədlidə, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. pizza sifarişi
Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.
Telegram kanalımız