Pizza, hamburger yeyərək arıqlaya biləcəyiniz pəhriz

saytların hazırlanması

Evə çatdırılma

Pizza, hamburger yeyərək arıqlaya biləcəyiniz pəhriz

Sağlamlıq

07 İyun 2024 15:43 1529


"OMAD” pəhrizi gündə yalnız bir dəfə yeməyi tövsiyə edən qidalanma şəklidir.

Yenisabah.az xəbər verir ki, bu pəhrizi 24 saat ərzində 23 saat ac qalmağı, qalan saatlarda isə bircə dəfə yemək yeməyə diqqət yetirir. Bu pəhrizlə bağlı dietoloqların fərqli rəyləri var və aralıq pəhrizdən daha ifrat variant sayılır.

“OMAD” pəhrizində bir saat ərzində kartof püresi, pizza, hamburger, kartof qızartması, şokoladlı tort, makaron və ya başqa nə istəsəniz yeyə bilərsiniz. Günün qalan hissəsində yalnız su, bitki çayı və ya qəhvə içə bilərsiniz. pizza mizza

Cennifer Aniston və Mark Uolberq kimi Hollivud məşhurları, “Coldplay” qrupunun solisti Kris Martin, əfsanəvi rokçu Bryus Sprinqstin və İngiltərənin baş naziri Rişi Sunak da uzun müddətdir ki, OMAD pəhrizinə riayət edir.

“OMAD” tərəfdarları pəhrizin məhsuldarlığı artırdığını, yaddaş və idrakı yaxşılaşdırdığını deyirlər. Lakin pəhrizin əleyhinə olan mütəxəssislər bu onun sağlamlığa böyük zərəri vurduğunu iddia edirlər.

Dietoloqların fikrincə, bu pəhriz bir sıra xəstəliklər yarada bilər:

"Balanslı yeməmək zamanla qida çatışmazlığına səbəb olur. Tərkibində yalnız karbohidrat olan yüksək kalorili qidalar orqanizm üçün ciddi risklər daşıyır. Bu zaman zülal çatışmazlığı ilə əlaqəli ciddi əzələ itkisi baş verə bilər. Əzələ itkisi yaşamaq isə maddələr mübadiləsi sürətinizi azaldır. Pəhrizdə kifayət qədər vitamin və minerallar olmadığından xəstəliklər başlayır.

"OMAD" pəhrizində insulin müqavimətinin şiddəti arta bilər. Nəticədə dırnaqların qırılması, saçların tökülməsi və dərinin solğunlaşması baş verəcək. Pəhriz ciddi həzm problemləri, şişkinlik yarada bilər”.  

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!