PKK atəşkəs elan etdi

saytların hazırlanması

Evə çatdırılma

PKK atəşkəs elan etdi

Dünya

01 Mart 2025 10:19 207


PKK atəşkəs elan edib.

Yenisabah.az Haber Global-a istinadla xəbər verir ki, təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildirib. 

Fevralın 27-də Türkiyədə DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb. Pepperoni pizza

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!