PKK-çılar Ermənistan tərəfdən döyüşür – Rus mediası

saytların hazırlanması

Evə çatdırılma

PKK-çılar Ermənistan tərəfdən döyüşür – Rus mediası

Dünya

10 Oktyabr 2020 11:39 1418


Rusiyanın “Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov “Exo Moskva” radiosunun efirində ermənilərin tərəfində kürd muzdluların döyüşdüyünü açıqlayıb. 

Xatırladaq ki, “Novaya qazeta”nın müxbiri İlya Azar bu günlərdə Şuşada, Xankəndində və Laçında olub, ermənilərin cəbhədə vəziyyətlərinin acınacaqlı olduğunu onların öz dillərindən eşitdiklərinə əsasən yazıb. Buna görə İlya Azarın akreditasiyasını ləğv ediblər.

Baş redaktor D.Muratov Qarabağ münaqişəsinin mürəkkəb münaqişə olduğunu deyib, müsəlman kürdlərin ermənilərin tərəfində döyüşməsini misal olaraq göstərib.  “Müsəlman kürdlər Dağlıq Qarabağı dəstəkləyir və Ermənistanı Qarabağa birləşdirən Laçın dəhlizini qoruyur. Onlar, müsəlmanlar erməniləri dəstəkləyir”,-o bildirib. pizza hut

Xatırladaq ki, Suriya və İraqdan çoxsaylı PKK terrorçularının ermənilərin tərəfində döyüşmək üçün aylar əvvəl Qarabağa gətirildiyi haqda xarici KİV-lər dəfələrlə məlumatlar yaymışdı. /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!