PKK-nı kimlər və niyə fəallaşdırır?

saytların hazırlanması

Evə çatdırılma

PKK-nı kimlər və niyə fəallaşdırır?

Maraqlı

17 May 2023 13:48 992


Türkiyə ordusu növbəti dəfə şəhid verdi. 

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Şırnak bölgəsində Türkiyə Silahlı Qüvvələri və PKK terror təşkilatı arasında ciddi toqquşmalar baş verib. 

Atışma zamanı türk ordusunun beş əsgəri şəhid oldu. pizza

Prezident seçkilərinin ikinci turu ərəfəsində PKK tərəfindən terror aktının törədilməsi təsadüfü ola bilməz.

Görünür, Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin birinci turunda müxalifətin namizədi Kemal Kılıçdaroğlunu üstəmələsi və parlament seçkilərində iqtidar partiyası – AKP-nin Türkiyə Böyük Millət Məclisində əksər yerlərə sahib olması həm daxili, həm də xarici qüvvələri məyus edib.

Həmin qüvvələr növbəti seçkilər öncəsi ölkədə müxtəlif terror aktları törətməklə siyasi vəziyyəti gərginləşdirməyə cəhd edə bilərlər.

Türkiyənin Kocaeli Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin professoru İrfan Kaya Ülger Cebhe.info-ya şərhində qeyd edib ki, prezident seçkilərinin ikinci turu ərəfəsində anti-Ərdoğan kampaniyası aparan bəzi xarici qüvvələr PKK və digər terror təşkilatlarından istifadə etməklə Türkiyədə ciddi siyasi gərginlik yaratmağa çalışırlar:

“Türkiyənin cənub sərhədlərində baş verən terror aktları və təxribatlar ölkədəki demokratiya qarşı təhlükə kimi qiymətləndirirəm. Prezident seçkilərin birinci turunda gözlədikləri dəyişikliklərin baş vermədiyini görən xarici qüvvələr, terrorçu ünsürləri istifadə etməklə ölkəmizin ictimaiyyətində siyasi gərginlik və böhran yaratmaq niyyətindədirlər.

Son parlament seçkilərində Ərdoğan və Baxçalının rəhbərlik etdiyi AKP və MHP-dən ibarət hökumət bloku parlamentdə demək olar ki, xeyli mandat qazandılar. Mayın 28-də isə prezident seçkilərinin ikinci turu keçiriləcək.

PKK-nın son terror aktı, eləcə də planlaşdırılan təxribatlar birbaşa Ərdoğanın ikinci turda yenidən qələbə çalmasına əngəl yaratmaq məqsədi daşıyır. 

Son hadisənin arxasında Türkiyənin sabitliyini və inkişafını həzm edə bilməyən xarici güclər və onlarla əməkdaşlıq edən ünsürlər dayanır. 

Onların ölkəmizlə bağlı məqsədləri və hədəfləri açıq şəkildə aydındır. Lakin Türkiyənin möhkəmlənməsinə və çiçəklənməsinə heç kim mane ola bilməyəcək. Onların bütün cəhdləri uğursuzluğa düçar olacaq”.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!