PKK özünü buraxdı

saytların hazırlanması

Evə çatdırılma

PKK özünü buraxdı

Dünya

12 May 2025 11:06 223


Kürdüstan Fəhlə Partiyası (PKK) fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Yenisabah.az Rudaw-a istinadla xəbər verir ki, PKK Konqresinin 12-ci Qurultayında PKK-nın təşkilati strukturlarının ləğvi və silahlı mübarizənin dayandırılması barədə qərar qəbul edilib.

Fevralın sonunda Türkiyədə ömürlük həbs cəzası çəkən PKK-nın qurucusu Abdullah Öcalan qruplaşmanı silahlarını yerə qoymağa və fəaliyyətini dayandırmağa çağırıb. Marqarita pizza

O qeyd edib ki, təşkilatın ləğvi 20-ci əsrdə - "güclü zorakılıq, iki dünya müharibəsi, real sosializmin yüksəlişi və süqutu, soyuq müharibə və kürd kimliyinin inkarı dövrü" yarandığı üçün zəruri idi. Öcalan hesab edir ki, vəziyyət dəyişib və PKK “ömrünün sonuna çatıb, ona görə də onun ləğvi zəruridir”.

Martın əvvəlində PKK birtərəfli atəşkəs elan edib.

PKK 1978-ci ildə Türkiyədə kürd əhalinin hüquqlarını müdafiə etmək üçün yaradılıb. Türkiyə hakimiyyəti onu terror təşkilatı hesab edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!