PKK Suriyada terror aktı törətdi: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

PKK Suriyada terror aktı törətdi: Ölən və yaralananlar var

Dünya

03 Yanvar 2021 16:03 967


Suriyada terror aktı törədilib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Afrində baş verib.

İlkin məlumata görə, terrorçular Cinderes qəsəbəsində çörək sexinin yaxınlığında minalanmış avtomobili partladıblar. Nəticədə 1 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb. Onların hamısı dinc sakinlərdir. Sezar pizza

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik orqanlarındakı mənbələr güman edir ki, terror aktını PKK terror qruplaşmasının Suriya qanadı törədib.

Qeyd edək ki, Cinderes qəsəbəsi 2018-ci ilin 8 martında “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!