Erməni nazirdən şok açıqlama:   “Azərbaycandan cavab gözləyirik“

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazirdən şok açıqlama: “Azərbaycandan cavab gözləyirik“

Rəsmi

19 Yanvar 2022 17:25 8315


“Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deskalasiyası, gərginliyin azaldılması, təhlükəsizliyin və sabitliyin artırılmasına yönəlmiş tədbirlər paketi hazırlayıb və Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təhvil verib”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bu gün Ermənistan Milli Məclisdə “hökumət saatı”nda çıxışı zamanı deyib.

“İndi cavab gözləyirik. Təfərrüatları qeyd edə bilmərəm, hətta hesab edirəm ki, bunun mənası yoxdur. Yalnız deyə bilərəm ki, bunlar bizim əvvəllər səsləndirdiyimiz, hətta hökumətin, Baş nazirin daim səsləndirdiyi konsepsiyadan – qoşunların "güzgü prinsipi" ilə geri çəkilmələrindən əlavə bir sıra yeni təhlükəsizlik mexanizmlərinin də yaradılmasından irəli gəlir”, - deyə XİN rəhbəri vurğulayı. Dördpendirli pizza

O qeyd edib ki, onun qeyd etdiyi paket Təhlükəsizlik Şurasına təqdim olunub.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!