Planşet övladınızın ən yaxın dostuna çevrilibsə... -   Valideynlər mütləq oxusun!

saytların hazırlanması

Evə çatdırılma

Planşet övladınızın ən yaxın dostuna çevrilibsə... - Valideynlər mütləq oxusun!

Sosial

17 Sentyabr 2019 13:28 1364


Xəbər verdiyimiz kimi, “Kaspersky Lab” şirkəti bu yay tətilində azərbaycanlı uşaqların əsasən “YouTube” kanalında videolar, yeni serial və filmlər, eləcə də musiqi və sosial şəbəkələrdə ünsiyyət ilə maraqlandıqlarını açıqlayıb.

Uşaqların boş vaxtı səmərəsiz keçirərək, diqqətini ancaq oyun və seriallara cəmləməsi nə qədər doğrudur? 

Məsələ barəsində “Yeni Sabah”a danışan Narınc Psixologiya Mərkəzinin direktoru, psixoloq Narınc Rüstəmova uşaqlarda internet asılılığının qarşısını almağın çox sadə üsulunu açıqlayıb: Pepperoni pizza

“2 yaşlı uşaqlar da artıq planşetin istifadə qaydasını bilir. Kiçik yaşlı uşaqlarda bu vərdişlər artıq aşılanmış olur. Məktəb yaşı gəlib çatanda isə uşaqılara “sən daha planşet işlədə bilmərsən”, - deyirik. Valideynlər əksər vaxt övladlarını məktəb vasitəsilə bu cihazlardan uzaq tutmağa başlayır. Belə olan halda uşaqda iki tərəfli aqresiya baş qaldırır. Uşaq düşünür ki, məktəb pis şeydir, o başlayan kimi planşeti, telefonu əlimdən aldılar. Əksinə 3 yaşından etibarən 20 dəqiqə olmaqla sosial şəbəkələrdən və internetdən istifadəyə icazə vermək lazımdır. 5-6 yaşından etibarən vaxt uzadılaraq 45 dəqiqə - 1 saat olmalıdır. 10 yaşı olan uşağa 1 saat yarım və yaxud 2 saat internetdən istifadəyə şərait yaradılmalıdır. Bu normaları qoruyan valideynlər övladlarının internet asılılığı ilə bağlı problem yaşamayacaqlar".

Psixoloq deyir ki, uşağın məktəbdən sonra heç bir məşğuliyyəti olmasa, əlbəttə ki, planşet onun ən yaxın dostuna dostuna çevriləcək:

"Bunun qarşısını almaq üçün uşaq hansısa bir kursa yönəldilməlidir, ona bir məşğuliyyət tapılmalıdır. Əsasən işləyən valideynlərdə belə problemlər olur. Ana axşam saat 8-ə dək işləyir. Bu zaman çərçivəsində uşaq evdə tək qalır, ya da dayə himayəsində olur.  Ana evə yorğun gəlir, uşaqla zaman keçirə bilmir. Ancaq unutmayaq ki, uşaq bizdən onu dünyaya gətirməyimizi xahiş etmir. Uşağı dünyaya gətiririksə, ona düzgün mühit, düzgün təhsil verməliyik. Uşaqların planşetlərə, kompüterlərə yönəlməsinin səbəbi onların orda öz krallıqlarının olmasıdır. Onlara internetdə heç kim qarışmır, necə istəyirlərsə, elə də idarə edirlər. Bir qayda olaraq, evdə ünsiyyətsiz olan uşaqlar bir tərəfli kommunikasiyanı təmin edən cihazlara yönəlirlər. Onlar şiddətə də meylli olurlar.

Uşaqların planşetdən asılılığından şikayət edən valideynlər mənə müraciət edirlər. Məlum olur ki, uşağın dostu yoxdur, ona çölə çıxmağa icazə verilmir, başına iş gələr deyə həyətə belə düşməyə qoymurlar, tərbiyəsi pozulmasınd eyə kənar uşaqlarla dostluğuna icazə verilmir. İlk növbədə belə valideyn özünü maarifləndirməlidir. 

Onu da qeyd edim ki, uşaqlara internetdən istifadə üçün şərait yaradarkən bir neçə nüansa diqqət etmək lazızmdır - uşağın otağında nə telefon, nə kompüter, nə də planşet olmalıdır. Belə cihazlardan istifadə üçün xüsusi guşə yaradılmalıdır. 

Uşaqları şiddətə meylli videolardan və yaxud onların yaşına uyğun olmayan görüntülərdən uzaq tutmaq üçün isə yaxşı olardı ki, ailə paketlərindən istifadə etsinlər. Bu paketlərdə uşaqlar onlara zərər verə biləcək saytlara daxil ola bilmirlər".

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!