“Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik” - Muxtar Babayev

saytların hazırlanması

Evə çatdırılma

“Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik” - Muxtar Babayev

Siyasət

23 Noyabr 2024 20:57 1018


Bu axşamkı plenar iclaslarda hazır olan qərar və nəticə layihələri qəbul ediləcək.

Yenisabah.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenar iclasında deyib.

O bildirib ki, artıq son mərhələdir: "İki həftədir çox gərgin şəkildə çalışırıq və heç kəs əsas hədəflərə dair yaxşı bir nəticə əldə etmədən ayrılmaq istəmir. Dünyanın diqqəti üzərimizdədir. Ancaq zaman bizim tərəfimizdə deyil. Bu səbəbdən əməkdaşlıqların artırılmasını xahiş edirəm. pizza

Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə çalışacağıq. İndi COP tərəfindən qəbul ediləcək qərarların və nəticələr dəyərləndirilməsi aparılacaq. Mən həmçinin sədrlik tərəfindən aparılan məsləhətləşmələrin nəticələri barədə məlumat verəcəyəm"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!