UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində daha iki qarşılaşma keçirilib.
Yenisabah.az “MARCA”-ya istinadla xəbər verir ki, İtaliyanın “Inter” komandası Milan şəhərində Portuqaliya təmsilçisi “Porto” klubunu qəbul edib. “Nerazzurri” 3 xalı minimal hesablı qələbə ilə qazanıb. Milan klubunun yeganə qələbə qolunu oyunun 86-cı dəqiqəsində Romelu Lukaku vurub.
Almaniyanın “RB Leipzig” komandası isə doğma divarlar arasında ingilis klubu “Manchester City”ni qəbul edib. Qarşılaşma heç-heçə başa çatıb - 1:1. Dominos pizza
Almaniya klubunun qolunu Yoşko Qvardiol vurub. “Şəhərlilər”in heyətində isə Riyad Mahrez fərqlənib.
Xatırladaq ki, komandaların cavab oyunları martın 14-də baş tutacaq.
Telegram kanalımız