Azərbaycanın Rusiyadakı Səfirliyi “Polad Bülbüloğlu geri çağırılır” başlığı ilə yayılan məlumatlara aydınlıq gətirib.
Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, səfirlik yerli saytlardan birində dərc edilmiş bu xəbərin heç bir əsası olmadığını bildirib.
“Polad Bülbüloğlu geri çağırılır” başlıqlı xəbərlə bağlı bildiririk ki, “özəl” kimi təqdim edilən, daha çox oxucu cəlb etmək məqsədini güdən və söz yığınından ibarət yazının heç bir əsası yoxdur. Dördpendirli pizza
Məlum olduğu kimi, Azərbaycan Respublikasının səfirlərinin təyinatı məsələsi dövlətimizin başçısının səlahiyyətindədir. Prezidentimiz isə nəyi necə, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.
Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılmasını “zəruri edən” “maliyyə pozuntuları” iddiası isə saytın istinad etdiyi mənbənin “zəngin” və xəstə təxəyyülündən xəbər verir. 2006-cı ildən səfirlikdə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə aparılmış maliyyə yoxlamalarının sonuncusu 2019-cu ildə həyata keçirilmiş və heç bir ciddi nöqsan aşkarlanmayıb.
Yalan xəbəri yayan saytın əməkdaşlarının diqqətinə çatdırırıq ki, istənilən məlumatı dərc etməmişdən öncə həmin xəbəri hərtərəfli araşdırmaq lazımdır. Yalnız bu halda “özəl xəbər ünvanı” şüarına layiq ola bilərlər. Əks təqdirdə bu, “yalan xəbər ünvanı” şüarına çevrilə bilər", - deyə məlumatda qeyd olunub.
Telegram kanalımız