Polis 2 nəfəri güllələyən şəxsi saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis 2 nəfəri güllələyən şəxsi saxladı

Kriminal

10 May 2021 14:38 1391


Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Dominos pizza

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!