Polis 41 cinayətin üstünü açdı 

saytların hazırlanması

Evə çatdırılma

Polis 41 cinayətin üstünü açdı 

Kriminal

24 Dekabr 2021 10:34 749


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. pizza hut

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilib.

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!