Polis Balakəndə reyd keçirdi: Cərimələnənlər var

saytların hazırlanması

Evə çatdırılma

Polis Balakəndə reyd keçirdi: Cərimələnənlər var

Rəsmi

05 Aprel 2022 21:27 443


Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!