Polis Balakəndə reyd keçirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis Balakəndə reyd keçirdi - Foto

Rəsmi

04 İyul 2022 19:43 951


Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı yaxınlıqda piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində inzibati protokol tərtib edilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!