Perunun paytaxtı Limanın Los Olivos bölgəsində koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qaydalara əməl olunmayıb.
Yenisabah.az xəbər verir ki, insanlar küçəyə çıxma qadağasına məhəl qoymadan gecə klublarında toplaşıb.
Hadisə yerinə polis tərəfindən basqın edilən zaman isə ciddi izdiham yaşanıb. Nəticədə 13 nəfər həyatını itirib. Marqarita pizza
Perunun Daxili İşlər Nazirliyi tərəfindən yayılan açıqlamaya görə, təxminən 120 nəfərin olduğu klubda ölən 13 nəfərdən 11-i koronavirus daşıyıcısı olub.
Qeyd edək ki, gecə klubunun iki sahibi həbs edilib, 23 nəfər isə nəzarətə götürülüb. Onlardan 15 nəfərin virus daşıyıcısı olduğu müəyyənləşib.
Telegram kanalımız