Polis bazardan pul yığır? –   Video

saytların hazırlanması

Evə çatdırılma

Polis bazardan pul yığır? – Video

Sosial

13 Avqust 2019 07:35 1885


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis əməkdaşının Xətai rayonunda yarmarkada satıcılardan pul yığması ilə bağlı yayılan məlumata münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, xaricdən idarə edilən saytlardan birində yer alan iddia həqiqətə uyğun deyil: 

"Görüntüdən də aydın olur ki, polis əməkdaşı hər hansı yığım həyata keçirmir. Bununla bağlı hazırlanmış materialda iddia olunanlar cəfəngiyyat, polisə qarşı yönəlmiş növbəti virtual təxribatdır və ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb". Sezar pizza

E.Hacıyev əlavə edib ki, videogörüntüdə yığım aparan mülki şəxs bazar nəzarətçisidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!