Polis Binəqədidə əməliyyat keçirdi - Saxlanılanlar var 

saytların hazırlanması

Evə çatdırılma

Polis Binəqədidə əməliyyat keçirdi - Saxlanılanlar var 

Kriminal

26 Avqust 2020 11:17 1020


Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.

Eyni zamanda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb. pizza hut

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!