Polis Cəlilabadda əməliyyat keçirdi: Odlu silah və narkotik götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Polis Cəlilabadda əməliyyat keçirdi: Odlu silah və narkotik götürüldü

Kriminal

06 Sentyabr 2021 10:55 971


Cəlilabad sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alar kənd sakini Elçin Dadaşov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron aşkarlanaraq götürülüb. Sezar pizza

Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə isə rayonun Göytəpə şəhər sakinləri Emin Novruzov və Tural Xanışov saxlanılıblar. Onlardan hazır bükümlərdə narkotik vasitə heroin və tiryək aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!