Polis daha bir vətəndaşın həyatına son qoydu

saytların hazırlanması

Evə çatdırılma

Polis daha bir vətəndaşın həyatına son qoydu

Dünya

24 Fevral 2021 10:56 889


ABŞ-da polis daha bir vətəndaşın həyatına son qoyub.

Yenisabah.az xəbər verir ki, hadisə Kaliforniya ştatının Antioxiya bölgəsində baş verib. Belə ki, 2020-ci il dekabrın 23-də Ancelo Quintonun ailəsində münaqişə yaşanıb. Bu zaman hadisə yerinə polislər gəlib. Polislərdən biri məsələnin məğzini müəyyənləşdirmədən sözügedən şəxsi yerə uzadaraq 5 dəqiqə boynunu sıxıb. Bundan 3 gün sonra isə gənc adam ölüb.

Ailə vəkillərinin isə narahatlıq və depressiya əziyyət çəkən Quintonun ölümündə Antioxiya polisini günahlandırdığı bildilib. Vəkillər yaşanan hadisə nəticəsində Quintonun huşunu itirdiyini, yerli xəstəxanaya aparıldığını və üç gün sonra öldüyünü vurğulayıblar. Onlar diqqətə çatdırıblar ki, polis təxminən 2 aydır ki, məsələ ilə bağlı mətbuata açıqlama vermir. Kontra Kosta rayon Polis Şöbəsi isə ölüm səbəbinin hələ də aydın olmadığını və məsələnin Prokurorluq tərəfindən araşdırıldığını deyib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!