Polis dana oğrularını saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis dana oğrularını saxladı

Kriminal

24 May 2021 11:52 1102


Oğuz Rayon Polis Şöbəsinə Xaçmaz kəndi ərazisindəki örüş sahəsindən bir baş dananın oğurlanması barədə müraciət daxil olub.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. 

Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin  aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu mal-qaranı oğurladıqları da məlum olub. Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay  rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər. Dominos pizza

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməlllərində iştiraklarının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!