Polis Daşkəsəndə reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis Daşkəsəndə reyd keçirdi

Rəsmi

11 İyul 2021 11:01 785


Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a  verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. 

Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Bundan başqa davam etdirilən tədbirlərlə piyadalara yol verməyən sürücələr də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb.  Toyuqlu pizza

Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 7 nəfər barəsində müvafiq tədbir görülüb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!