Polis əməkdaşı yol qəzasında öldü

saytların hazırlanması

Evə çatdırılma

Polis əməkdaşı yol qəzasında öldü

Hadisə

26 May 2023 10:27 854


Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, İlisu kəndi ərazisində Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ-2106”dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Sezar pizza

Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

“VAZ-21015” markalı avtomobilin sürücüsü Faiq Məmmədov polis əməkdaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!