Polis əməliyyat keçirdi: 10 kiloqram narkotik dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi: 10 kiloqram narkotik dövriyyədən çıxarıldı

Kriminal

04 Avqust 2020 16:20 905


Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Astara rayon sakini Abdulla Məmmədov tutulub.

Onun üzərində şəxs axtarış aparılan zaman 3 qrama yaxın narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. pizza sifarişi

Abdulla Məmmədovun ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Abşeron rayonu  Masazır qəsəbəsində kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxladığı da məlum olub. Polislər tərəfindən həmin ünvana baxış zamanı 855 qram heroin, 6 kiloqram 475 qram tiryək, 1 kiloqram 885 qram qurudulmuş marixuana və 904 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və  psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Abdulla Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran vətəndaşından aldığını bildirib.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Abdulla Məmmədov tutularaq istintaqa təqdim olunub.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!