Polis əməliyyat keçirdi -   3 kiloqramdan artıq marixuana aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi - 3 kiloqramdan artıq marixuana aşkarlandı

Kriminal

12 May 2021 16:45 1652


Lənkəranda rayonunda evdən 3 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!