Polis əməliyyat keçirdi: Narkoman sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi: Narkoman sürücü tutuldu

Kriminal

17 Fevral 2022 11:41 2131


Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Nicat Kərimovun idarə etdiyi “VAZ-21013” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən N.Kərimovun psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub. Dominos pizza

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırmalara davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!