Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı - Video

Kriminal

10 Sentyabr 2021 16:05 818


Bakının Xəzər rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə saxlanılıb.

Tutulan zaman onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkar olunaraq götürülüb. pizza sifarişi

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmaları davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!