Polis əməliyyat keçirdi: Narkotikə görə 12 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirdi: Narkotikə görə 12 nəfər tutuldu

Kriminal

19 Oktyabr 2021 15:08 802


Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.  Şəhərin müxtəlif ərazilərində həyata keçirilən sonuncu əməliyyatlar nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan daha 12 nəfər tutulub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ  narkotik vasitə və psixotrop maddələr aşkar edilib. pizza sifarişi

Digər bir əməliyyat nəticəsində isə şəhər sakini Əminə Fərzəliyeva saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 91 qrama yaxın heroin, 12 qram metamfetamin aşkar olunaraq götürülüb.

Sumqayıt polisinin şəhər ərazisində keçirdiyi  digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər - Əhəd Süleymanov, Elçin Axundov, Möhübbət İsgəndərov, Pərviz Musayev, Ramiz Əsədov, Rafiq Nəsirov, Vadim Həşimov və Xanlar Şəfaqətov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və digər növdən olan narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub. Sumqayıt şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar bundan sonra da davam etdiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!