Polis əməliyyat keçirib - 6 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Polis əməliyyat keçirib - 6 nəfər saxlanıldı

Kriminal

23 Sentyabr 2021 12:21 615


Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılması, satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin, heroin və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Sezar pizza

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!