“Hazırda çox sayda polis Baqramyan prospektində yerləşən Milli Məclisin qarşısında toplaşıb”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, DİN əməkdaşları prospekt boyu ətdən divar hörərək Milli Məclisin girişini qoruyurlar.
Polis əməkdaşlarının sayı 100-ə yaxındır. Onların arasında həm qırmızı, həm də qara beretlilər var. Qırmızı beretlərdən bəziləri də Milli Məclisin binasının həyətində yerləşib. Sezar pizza
Xatırladaq ki, Ermənistanda müxalifətin təşkil etdiyi aksiyaların kütləviləşməsindən sonra etirazçılar bu gün səhər saatlarında Milli Məclisin binasına soxulmağa cəhd göstəriblər. Ermənistan MTX və DİN bununla bağlı aksiya iştirakçılarına xəbərdarlıq edib, onları radikal addımlardan çəkinməyə çağırıb.
Telegram kanalımız