Polis evi tərk edən koronavirus xəstəsini saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis evi tərk edən koronavirus xəstəsini saxladı

Hadisə

17 Noyabr 2020 13:04 821


Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunaraq, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edərək, digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!