Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli Polis Günü ilə bağlı paylaşım edib. Yenisabah.az xəbər verir ki, deputat bu paylaşımı ilə tənqid hədəfinə gəlib.
Bu gün (2 iyul) Azərbaycan Polisi Günüdür. Polisimizin 102 yaşı tamam oldu.
“Polis çox çətin bir işdir. O, bir yandan hörmət oyatmalı, o biri yandan da qorxu yaratmalıdır”. Yenisabah.az xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli bildirib. Onun fikrincə, polis elə olmalıdır ki, qanunlara əməl edənlər ona hörmət etsinlər, qanunları pozanlar, ya da pozmaq istəyənlər isə, ondan qorxsunlar. “Yəni, eyni zamanda həm hörməti, həm qorxunu hiss etdirməlidir. Bu, polisi bütün başqa hakimiyyət qurumlarından fərqləndirir. Bizim polis qorxunu hiss etdirməyi bacarır. Bunu çox zaman yersiz edir. Amma qorxu da tükənə bilir və, deyəsən, polisimiz bunu anlamağa başlayır”, - deyə deputat əlavə edib. pizza hut
Erkin Qədirli bildirib ki, polisin özünə hörməti artırmaq yönündə atdığı kövrək addımlar, bəzən uğursuz olsa da, təqdirəlayiqdir. “Hər yerdə olduğu kimi, burada da yaxşı işlər yavaş görülməlidir. Polis işini qanuni görəndə, vətəndaşların ona hörmətini də görə bilir. Problem həm də ondadır ki, polislə vətəndaşlarımızın arasında sosial məsafə çox qısadır. Bu, çox zaman hər iki tərəfdən yanlış davranışlara səbəb olur. Bir yandan vətəndaşlarımız polislə aşırı səmimi münasibət qurmağa girişir, o bir yandan da polis vətəndaşların şəxsi işlərinə əsassız qarışır. Belə olmamalıdır.
Bu gün polisimizin bayramıdır. Bayram günündə xoş sözlər deyərlər. Yuxarıda yazdıqlarım kiməsə xoş söz kimi görünməyə bilsə də, bilin, o sözlər xoş niyyətlə yazılıb. Polisimizi təbrik edirəm. Eşq!”, - deyə o vurğulayıb.
Telegram kanalımız