Polis karantin qaydalarına nəzarəti gücləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis karantin qaydalarına nəzarəti gücləndirdi

Kriminal

05 Yanvar 2021 17:52 1059


Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Bakı şəhərində quraşdırılmış xüsusi postlarda, fəaliyyətinə icazə verilən obyektlərdə və ictimai yerlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, müvafiq icazələrin yoxlanılması ilə yanaşı, sosial məsafəni gözləməyən və tibbi maskalardan düzgün istifadə edilməyən qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət tədbirlərinin keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunması, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

DİN əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər inzibati tənbeh tədbirləri tətbiq edilir. Dominos pizza

Paytaxtda, eləcə də respublikamızın digər şəhər və rayonlarında xüsusi karantin qaydalarına əməl olunması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davamlı olaraq həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!