Polis karantində çayxana işlədənləri cərimələdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis karantində çayxana işlədənləri cərimələdi - Foto

Hadisə

07 Dekabr 2020 13:36 570


Ağdaş şəhərində çay evlərindən birinin karantin rejimi qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!