Polis koronavirus xəstəsi barədə araşdırma aparır

saytların hazırlanması

Evə çatdırılma

Polis koronavirus xəstəsi barədə araşdırma aparır

Maraqlı

22 Fevral 2022 08:43 915


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. pizza hut

Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!