Polis Lənkəranda əməliyyat keçirdi: Keçmiş məhkum saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Polis Lənkəranda əməliyyat keçirdi: Keçmiş məhkum saxlanıldı

Kriminal

09 İyun 2021 13:13 1155


Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin həyətindəki yarımçıq tikilidən ümumilikdə 661 qramdan artıq narkotik vasitə heroin, tiryək və həşiş qətranı aşkarlanaraq götürülüb. pizza mizza

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!