Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib.
Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən otellərdən birinin qarşısında baş verib.
"Saipa" markalı avtomobilin sürücüsü yolda "ziqzaqvari" hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb. Dördpendirli pizza
İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildirib.
Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürərək onların və xidməti polis avtomobilinin üzərinə tökməklə hədələyib. F. AlxasovPolis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib.
Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
Telegram kanalımız