Polis Müsavat liderlərini cərimələdi -   Maraqlı səbəb + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polis Müsavat liderlərini cərimələdi - Maraqlı səbəb + Fotolar

Kriminal

18 Fevral 2021 12:20 1031


Müsavat Partiyası təmsilçiləri Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra polis idarələrinə çağırılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında yazıb.

Respublikanın rayonlarında şəhidlərin məzarlarını ziyarət etdiklərini diqqətə çatdıran partiya sədri iddia edib ki, onların bu davranışı hakimiyyəti ciddi narahat edib və ölkə polisi hərəkətə keçib: Toyuqlu pizza

"Mənimlə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş Müsavat üzvləri polis idarələrinə çağırılır. Guya açıq havada, 10 nəfərdən az olan qrupların ziyarət mərasimində şəkil çəkdirmə zamanı bəzi Müsavat üzvlərinin maskalarını çıxarmaları hakimiyyəti o qədər narahat edib ki, Abşeron, Sabirabad, Bilasuvar və başqa rayonların polis idarələri həyacana gəlib. İki gün əvvəl də Suraxanı polisi Müsavatın yerli təşkilatı üzvlərinin bəzən toplaşdığı bir məkana hücum edib 5 nəfəri qanunsuz olaraq saxlayaraq polis idarəsinə aparmışdı, onlara qarşı siyasi məzmunlu təhdidlərə yol vermişdi".

A.Hacılı bu hərəkətlənmənin heç də pandemiya ilə bağlı olmadığını vurğulayıb. Qeyd edib ki, guya hakimiyyət Müsavatın fəaliyyətindən narahatlıq keçirir. O, özünün də polis idarəsinə çağırıldığını bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!