Polis narkotik maddələrin satışı ilə məşğul olan 3 nəfəri saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis narkotik maddələrin satışı ilə məşğul olan 3 nəfəri saxladı

Kriminal

25 Avqust 2020 16:32 1145


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində 1 kiloqramdan artıq narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin maddələri əldə etdiyi şəxs də tutulub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramov tərəfindən verildiyi məlum olub. Anar Bayramov polislər saxlayan zaman o, ifadəsində İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. pizza sifarişi

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbov da saxlanılıb.

Faktla bağlı hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!