Polis naziri seçicilərlə görüşdə mahnı oxudu - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Polis naziri seçicilərlə görüşdə mahnı oxudu - VİDEO 

Maraqlı

22 May 2023 14:20 973


Türkiyədə prezident seçkilərinin ikinci turuna hazırlıq davam edir. Həm hakimiyyət, həm də müxalifət təmsilçiləri ölkənin müxtəlif əyalətlərində öz namizədlərinin xeyrinə təbliğat aparırlar. 

Yenisabah.az xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Süleyman Soylunun bu gün İstanbulda gerçəkləşən görüşü maraqlı nüanslarla yadda qalıb. Tabeliyində olan çoxlu sayda polis əməkdaşı ilə istanbulluların görüşünə gedən DİN başçısı seçicilərin qarşısında təkcə çıxış etməklə kifayətlənməyib. O, istanbullulara xitab edərək seçiciləri hazırkı dövlət başçısı Ərdoğana səs verməyə çağırandan sonra indiyə kimi cəmiyyətə bəlli olmayan yeni istedadını nümayiş etdirib.

Süleyman Soylu  “İlle de Roman Olsun” mahnısını canlı ifa edib. Pepperoni pizza

Daxili İşlər Naziri səsinin yaxşı olmadığına işarə edərək “məndən bu qədər” deməyi də unutmayıb. Süleyman Soylunun seçicilərlə görüşdə mahnı oxuması Türkiyədə maraqla qarşılanıb.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!