Polis niyə qapı-qapı gəzib sorğu aparır? - DİN-dən cavab

saytların hazırlanması

Evə çatdırılma

Polis niyə qapı-qapı gəzib sorğu aparır? - DİN-dən cavab

Sosial

28 Fevral 2025 17:04 377


Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.

Yenisabah.az day.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir.

DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub. pizza sifarişi

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:

"Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!