Polis oğruları “iş başında“ yaxaladı

saytların hazırlanması

Evə çatdırılma

Polis oğruları “iş başında“ yaxaladı

Kriminal

26 Aprel 2021 11:11 734


Əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, lakin onların bu əməlinin qarşısını həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsləri oğurluq edərkən yaxalayaraq Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə təqdim ediblər.

Araşdırmalar zamanı O. Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə  oğurluq etməsi müəyyən edilib. Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!