Polis pensiya kartı üçün növbə gözləyənlərə maska və su payladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polis pensiya kartı üçün növbə gözləyənlərə maska və su payladı - Fotolar

Sosial

17 İyun 2020 16:48 1093


Saatlıda koronavirus pandemiyasının genişlənməsinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür. Belə ki, Kapital Bankın Saatlı rayon filialında 2000 nəfər üçün nəzərdə tutulmuş pensiya kartlarının dəyişdirilməsi əməliyyatı zamanı sakinlərin həmin əraziyə axınını nəzərə alaraq polis əməkdaşları tərəfindən buraya xüsusi şəkildə nəzarət edilir. Vətəndaşların rahatlığını təmin etmək üçün sosial məsafə gözlənilməklə həmin ərazidə stullar düzülüb, isti hava şəraitini nəzərə alaraq mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilib, tibbi maskası olmayanlara maskalar paylanılıb. Vətəndaşlar da onlara göstərilən bu diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!