Polis qalmaqallı video haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Polis qalmaqallı video haqda açıqlama yaydı

Kriminal

07 İyun 2020 10:58 1473


Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bakı şəhər Baş Polis İdarəsindən “Yeni Sabah”a daxil olan xəbərə görə, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Marqarita pizza

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərkətləri davam etdirilir.

Qeid edək ki, sözügedən hadisə ilə bağlı dünən yayılmış video sosial şəbəkələrdə etiraza səbəb olmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!