Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Evoğlu kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Bərdə rayon sakinləri Baloğlan Həsənov və Mayis Babaşov saxlanılıblar.
Həmin şəxslərdən 2 ov tüfəngi, patronlar və ovladıqları çöl heyvanları aşkar edilib. Sezar pizza
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.
Telegram kanalımız